Qubada polis zorakılığı olub, vətəndaş döyülüb

Polis zorakılığı ilə bağlı daha bir video yayılıb. Hadisə oktyabrın 18-də Qubada baş verib. Daxili İşlər Nazirliyi şəxsin spirtli içki təsirində olduğu deyib: 

“Spirtli içkinin təsiri altında avtomobildə olan E.İbrahimovun qohumu Telman İbrahimov polis əməkdaşlarının qanuni tədbirlər görməsinə mane olmağa çalışıb, qanunun tələblərinə qəsdən tabesizlik göstərməklə ictimai qaydanı kobud formada pozaraq inzibati xəta tərkibi yaradan əməl törədib. Onların hər ikisi saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb”.

Qurumdan bildirilib ki, T.İbrahimovun əməllərinə qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib və o, müvafiq qərarla 10 gün müddətinə inzibati qaydada  həbs edilib.

Məhkəmə vətəndaşlara qarşı “hüquqazidd hal” qeydə almayıb.

Ana səhifəXəbərlərQubada polis zorakılığı olub, vətəndaş döyülüb