Qubad İbadoğlunun xanımı: “Saxlanılarkən başıma yumruqla vururdular”

Ofisindən üzü bağlanaraq çıxarılan Qubad İbadoğlu barəsində  3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. İqtisadçıya qarşı Cinayət Məcəlləsinin (CM) 204.3.1 (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamın saxta olduğunu deyib. O, birbaşa ölkə başçısı İlham Əliyevin sifarişiylə həbs olunduğunu bildirib.

Qubad İbadoğlunun saxlanıldığı vaxt Türkiyənin hökumətə yaxın mediası məlumat yayaraq Azərbaycanda “FETÖ” ilə əlaqəli 4 şəxsin saxlanıldığını bildirmişdi.

Həmin şəxslərdən biri olan Anar Əliyev ifadəsi zamanı Qubad İbadoğlunun ona saxta dollar satdığını deyib. Bunun əsasında iqtisadçının ofisində axtarış aparılıb. Qubad ibadoğlu məhkəmədə çıxışı zamanı Anar Əliyevi tanımadığını deyib.

Qubad İbadoğluyla birgə saatlarla “Bandotdel”də saxlanılan həyat yoldaşı İradə Bayramova saxlanılarkən zorakılıqla üzləşib.

Axtarışlar zamanı evdən 40 min dollar tapıldığı iddia olunur. Qubad İbadoğlu isə həmin vəsaitin ona heç bir aidiyyəti olmadığını bildirib. Üstəlik qardaşı Qalib Toğrul səhər saatlarında ofisə girərkən qapını aça bilmədiyi deyir.

İbadoğlu siyasi hakimiyyəti tənqidi fikirlərilə tanınır. O, bir sıra Qərb universitetlərində elmi tədqiqatlar, pedaqoji fəaliyyətlə məşğul olub. Ona qarşı qoyulan maddəylə iqtisadçını 8 ildən 12 ilədək həbs gözləyir.

Ana səhifəVideoQubad İbadoğlunun xanımı: “Saxlanılarkən başıma yumruqla vururdular”