Qubad İbadoğlu platformasını açıqladı (VİDEO)

Sentyabrın 12-də Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu VIII Qurultayda başqanlığa namizədliyini irəli sürdü. Qubad İbadoğlu qərarıyla bağlı keçirdiyi mətbuat konfransında “ 8 Addımla 2018-ə” seçki platformasını açıqladı. Qubadoğlu başqan olacağı təqdirdə görəcəyi işləri sadaladı. Onun sözlərinə görə, başqan seçilərsə, yaxşı olanları saxlamaqla yeni yaxşılar yaradacaq. Partiyanı gəncliyin aparıcı qüvvəsinə çevirməklə, şəffaf və hesabatlı siyasi partiya modeli yaradacaq. Eyni zamanda Müsavat Partiyasının 2015-ci il parlament və 2018-ci il prezident seçkilərində qələbələrini reallaşdırmağa nail olacaq. Nəhayət, Qarabağın azadlığı üçün Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə çalışacaq.

Başqanlığa namizəd jurnalistlərin də suallarını cavablandırdı.

Ana səhifəVideoQubad İbadoğlu platformasını açıqladı (VİDEO)