Qreta Tunberq Əfqan Sadıqovun ailəsinin keçirdiyi aksiyaya qoşulub

Foto: “x.com/OCMediaorg”

“Əliyev Azərbaycanın Əfqanıstana çevrilməsini istəyir”

Azərbaycanlı jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova, uşaqları və hüquq müdafiəçiləri ilə birlikdə Azərbaycanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlara isveçli ətraf mühit fəalı Qreta Tunberq də qoşulub.

Aksiya “Əliyev diktatordur!” adlandırılıb.

“Əliyev Azərbaycanın Əfqanıstana çevrilməsini istəyir, qoy bütün dünya bundan xəbər tutsun. Əfqan çox xəstədir, acından ölür. Həkimlər onun hər an komaya düşə biləcəyini deyirlər”, – Sadıqova bildirib.

Əfqan Sadıqov Gürcüstandan Azərbaycana ekstradisiya ilə üzləşən azərbaycanlı jurnalist və redaktordur. Yaxınlarının sözlərinə görə, o, avqustun 3-dən həbsdədir və 50 günə yaxındır ki, quru aclıq aksiyası keçirir. Bildirilir ki, bu, səhhətinin ciddi şəkildə pisləşməsinə və 35 kiloqram çəki itirməsinə səbəb olub.

Foto: “x.com/OCMediaorg”

Apelyasiya Məhkəməsi jurnalistin həbs cəzasının ləğvi ilə bağlı vəsatətə baxmayıb.
Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi onu ekstradisiya həbsinə məhkum edib.

Əfqan Sadıqov 24 dekabr 2023-cü ildən Gürcüstanda yaşayan “Azel.TV” internet kanalının baş redaktorudur. İyulun ortalarında Əfqan Sadıqov Tbilisidən Ankaraya gedərkən aeroportdan buraxılmayıb. Sonra jurnalist açıqlama verib ki, ona ancaq Azərbaycana uça biləcəyini deyiblər.

Ana səhifəCOP29Qreta Tunberq Əfqan Sadıqovun ailəsinin keçirdiyi aksiyaya qoşulub