Qırğızıstanda eks-prezidentlərin toxunulmazlığı qanunla qorunacaq

Qanun layihəsi dəyişdirilib

Source: Meydan Tv


Qanun layihəsi dəyişdirilib

Öncəki Qırğızıstan prezidenti Almazbek Atambayevi muhakimə etmək üçün əvvəlcədən hazırlanmış qanun layihəsi dəyişdirilib, əvəzində köhnə prezidentlərin mühakimə olunmaq toxunulmazlığı qorunub.

Qırğızıstan parlamentində millət vəkilləri layihəni aprelin 4-də keçirilən yekun oxunuşda 111 səs çoxluğuyla qəbul ediblər.

Qanun layihəsinin müəlliflərindən biri olan Onuguu-Tərəqqi Partiyasının üzvü İsxak Masalıyev qanun layihəsinin son variantına qarşı çıxdığını söyləyib.

Masalıyev bildirib ki, qanun layihəsinin orijinal niyyəti keçmiş prezidentlərin toxunulmazlığını ləğv etmək idi, lakin son oxunuşda dil dəyişikliyinə uğrayaraq "əksinə, toxunulmazlığı artırıb".

Dekabr ayında qanun layihəsinin ilk oxunuşunda bəzi millət vəkilləri və siyasətçilər vəzifədə olduğu müddətdə Atambayevin qəbul etdiyi qərarların istintaqı ilə bağlı çağırışlar etmişdilər.

Daha sonra digər millət vəkilləri tərəfindən bu təkliflər köklü şəkildə dəyişdirilib, – Azadlıq Radiosu xəbər verir.

Ana səhifəDünyaQırğızıstanda eks-prezidentlərin toxunulmazlığı qanunla qorunacaq