“Azərbaycanda Müstəqil QHT-lərin fəaliyyətinə “rəsmi” son qoyuldu”.
İyulun 9-da Azərbaycanda müstəqil fəaliyyət göstərən bir qrup QHT Azərbaycanda QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müzakirə keçirərək qərar qəbul edib. Müzakirələr zamanı mövcud fövqəladə vəziyyətdən çıxmaq üçün Müstəqil QHT-lərdən ibarət “QHT-lərin Həyəcan Şəbəkəsi» yaradılıb.
Yeni şəbəkənin Meydan TV-yə göndərdiyi məlumatda deyilir: “Artıq QHT-lərlə bağlı Qanunverciliyə edilən dəyişikliklərin onların fəaliyyətinə ciddi şəklidə məhdudiyyətlər yaratması təcrübədə özünü göstərir. QHT-lərin təkrar qeydiyyat problemləri, dövlət reystrindən yeni çıxarışların alınması, qrant müqavilələrinin qeydə alınmaması, QHT-lərin bank hesablarının dondurulması, QHT rəhbərlərinin şəxsi hesablarına məhkəmə qərarları ilə həbs qoyulması halları sürətlə çoxalmaqdadır. Bu günə qədər 20-dən artıq müstəqil fəaliyyət göstərən QHT-yə qarşı sanksiylar tətbiq olunub. Onların icra etdikləri layihələrin icrası dayandırlıb. Yuxarda göstərilən bütün faktları təsdiq edən rəsmi sənədlər də mövucdur”. «QHT-lərin Həyəcan Şəbəkəsi» ilkin olaraq bu məsələrin həlli üçün çalışmağı qərarlaşdırır:
1) Azərbaycan Respublikasının Prezidenti ilə vətəndaş cəmiyyəti institutlarının görüşünün təşkili üçün müraciət edilməsi;
2) Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qarşısında həyəcanlı vəziyyətin aradan qaldırılması üçün səylərin artırılmasına dair təşəbbüslə çıxış edilməsi;
3) Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə birbaşa görüşlərin keçirilməsi və vəziyyətin müzakirəsi;
4) Mövcüd vəziyyətə dair dəyərləndirmə sənədinin hazırlanması və onun ( dövlət strurkturlarına, səfirliklərə və beynəlxalq təşkilatlara) təqdim edilməsi;
5) Böyük dövlətlərin başıçılarına və beynəlxalq təşkilatların rəhbələrinə müraciətlərin edilməsi;
6) Ədliyyə Nazirliyi, Preizdent Adminstrasiyası və Milli Bankın inzibati binaları qarşısında piket keçirilməsi üçün rəsmi müraciətin edilməsi;
7) QHT-lərin fəaliyyətlərini məhdudlaşdıran qanun pozuntusu hallarına qarşı Məhkəmələrdə iddiaların qaldırlılması ( Ədliyyə Nazirliyi və Banklara qarşı);
8) Həbs olunan vətəndaş cəmiyyətinin nümayənədlərinin azadlığa burxalması istiqamətində tədbirlərin davam etdirilməsi.