QHT-lərə basqılarla bağlı müzakirə aparıldı

“Bu təfriqələri aradan qaldırmağın yeganə yolu vətəndaş cəmiyyətinin həmrəyliyindən keçir”

Source:


“Bu təfriqələri aradan qaldırmağın yeganə yolu vətəndaş cəmiyyətinin həmrəyliyindən keçir”

Avqustun 15-də bir sıra QHT-lər vətəndaş cəmiyyətinin mövcud durumu və son həbslərlə bağlı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçiriblər.

İqtisadçı Qubad İbadoğlu bildirib ki, vətəndaş cəmiyyəti institutlarının durumu son 4-5 ildə pisləşməyə doğru gedib. Keçən il bu sahədə  qanunuvericilikdəki dəyişikliklərdən sonra kəskin halda vəziyyət pisləşib. Vətəndaş cəmiyyətinin tanınmış simalarının həbsi, bank hesablarına həbs qoyulması cəmiyyətdə ciddi narahatlıq yaradıb.

“Bu simalara qarşı ittihamlar saxtadır, həbslər qanunsuzdur və biz həbs olunanların hüquqularını müdafiə edəcəyik”- deyə o, bildirib.

Qubad İbadoğlu deyib ki, hökumətyönlü mətbuatın yazdıqları yalan, böhtan, iftiradır: “Belə yazılara yol verən qəzet və saytlar vətəndaş cəmiyyətini gözdən salırlar”.

Vətəndaş cəmiyyəti institutları daxilində təfriqələr olmasına diqqət yönəldən İbadoğlu durumu III sektorun problemlərinin həllində ən böyük maneə hesab edib: “Bu təfriqələri aradan qaldırmağın yeganə yolu vətəndaş cəmiyyətinin həmrəyliyindən keçir”.

O, vətəndaş cəmiyyətinin problemlərinin dialoqdan keçdiyini qeyd edərək, hökumətlə dialoq təklifini səsləndirib.

Tədbirdə siyasi məhbus məsələsinin həllilə bağlı İşçi Qrupu yaradılması məsələsi bəyənilib. Qrupun formalaşmasında vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakı zəruri sayılıb. Cəmiyyətdə ictimai-siyasi və mənəvi ab-havanın sağlamlaşdırılması üçün dialoqa kəskin ehtiyac yaranması bir daha qeyd edilib.

Xarici donorlardan alınan qrantlara rəsmilərin vətəndaş cəmiyyətləri isntitutlarını “müəmmalı işlərdə, satqınlıq və xəyanətdə” ittihamına da münasibət ifadə edilib. Beynəlxalq donorlardan qrant alınmasının ilbəil azaldığı qeyd edilib. Keçən il qrantların cəmi 35 faizinin beyənlxalq donorların payına düşdüyü  bildirilib. Xaricdən gələn qrantların 90 faizinin rəsmi qurumlara və hökumətyönlü QHT-lərə verildiyi deyilib. Hazırda ölkənin müxtəlif nazirliklərinin belə 51 qrant reallaşdırdığı vurğulanıb. Bu qrantların Avropa Birliyi, Almaniya, Koreya, Yaponiya və s. dövlətlərdən alındığı deyilib.

“Necə olur ki, eyni mənbələrdən qrant alan rəsmi qurumların və hökumətyönlü ictimai bilriklərin  fəaliyyətində hansısa “gizli sövdələşmə” axtarılmır, amma cəmi 10 faiz təşkil edən müsətiql vətəndaş cəmiyyəti institutları sırasında belə sövdələşmə axtarılır?”- Q.İbadoğlu bu ayrıseçkiliyə münasibət ifadə edib.

Hüquq müdafiəçisi Arzu Abdullayeva vətəndaş cəmiyyəti isntitutları və iqtidarın münasibətlərinin normal olmadığını deyib: “Hakimiyyətin QHT sektorunda “casus” axtarması biabırçılıqdır. Bu həbsləri başa düşmürük, dünya bunu başa düşə bilmir və III sektorda indiki kimi heç vaxt belə ağır durum olmayıb”.

“Bu durumu dialoqla dəyişmək olar, odur ki, vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoq təxirəsalınmazdır”- deyə A.Abdullayeva qeyd edib.

Siyasi məhbus məsələsi üzrə İşçi Qrupun təşkili məsələsinə də münasibət bildirilib. Qeyd edilib ki, hökumət qrupa görmək istədiyi şəxsləri daxil etməməlidir. Bu tərkib hakimiyyət, vətəndaş cəmiyyəti, Avropa Şurası təmsilçilərinin üçtərəfli müzakirələrinin nəticəsi olaraq formalaşmalıdır.

Ana səhifəXəbərlərQHT-lərə basqılarla bağlı müzakirə aparıldı