Qəzzada atışma 22 fələstinlinin həyatına son qoyub

Qəzza. Foto: Reuters

Azı 50 nəfər yaralanıb

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Qəzza ofisi yaxınlığında atışma olub. Nəticədə azı 22 fələstinlinin həlak olduğu bildirilir.

“The Guardian” Səhiyyə Nazirliyinə istinadla yazır ki, İsrailin hücumu məcburi köçkünlərin çadırlarını hədəf alıb. Atışma nəticəsində azı 50 nəfərin yaralandığı qeyd edilir. Qırmızı Xaç Cəmiyyəti “ağır kalibrli mərmiləri” kimin atdığını açıqlamayıb. Lakin “X” sosial media platformasında yaydığı açıqlamada mərmilərin ofisin yaxınlığına endiyini bildirib.

İsrail ordusu hadisənin araşdırıldığını qeyd edib. İsrail bundan əvvəl də su və kanalizasiya sistemi olmayan və fələstinlilərin çıxılmaz vəziyyətdə yaşadığı əl-Muvasi yaxınlığındakı əraziləri bombalamışdı.

Ana səhifəDünyaQəzzada atışma 22 fələstinlinin həyatına son qoyub