“Qəbələ” Azərbaycan kubokunu qazanıb

Foto: Meydan TV

Bölgə komandası finalda “Neftçi”ni məğlub edib

İyunun 3-də futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Saat 20:00-da başlayan həlledici matçda “Neftçi” ilə “Qəbələ” komandaları qarşılaşıb.

Hər iki komanda bu oyunadək artıq Avropa Konfrans Liqasına vəsiqəni Premyer Liqa yolu ilə təmin etmişdi. “Neftçi” 3-cü, “Qəbələ” isə 4-cü pilləni tutmaqla avrokuboklarda iştirakı rəsmiləşdirmişdi.

Kubokun final matçı Bakı və Qəbələ təmsilçiləri üçün titul qazanmaq baxımından önəmli idi.

Oyunun əsas vaxtında qapılara qol vurulmadığından, matçda əlavə yarım saat oynanılıb. Əlavə oynanılan vaxtda bir qol vuran “Qəbələ” Azərbaycan kubokuna sahib çıxıb.

Ana səhifəİdman“Qəbələ” Azərbaycan kubokunu qazanıb