Qazaxıstanda prezident seçkilərinə etiraz edənlər saxlanılıb

Paytaxt Nur-Sultanda onlarla insan polis tərəfindən əhatə edilmiş mərkəzi meydana toplanmaya başlayıb.

Source: Foto: BBC


Onlarla insan iyunun 10-da Almatının Qədim Meydanında etiraz edib

Almatı polisi şəhər mərkəzində toplanaraq prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən 30-a yaxın nümayişçini saxlayıb, – Azadlıq Radiosu xəbər verir.

Beynəlxalq müşahidəçilər həftəsonu keçirilmiş prezident seçkilərini "fundamental azadlıqların açıq şəkildə pozulması" kimi təqdim edib.

Seçki Komitəsi iyunun 10-da seçki nəticələrinə istinadən deyib ki, eks-prezident Nursultan Nazarbayevin özünün varisi olaraq seçdiyi hazırkı president Qasım-Jomart Toqayev səslərin 70 faizindən çoxunu qazanıb.

Namizədliyini verən jurnalist Amirjan Qosanov 16.02 faiz səs toplayaraq ikinci olub.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) seçki müşahidəçiləri bildiriblər:

"Fundamental hüquqların çatışmazlığı, dinc etirazçıların saxlanması və səsvermə günündə yol verilən geniş pozuntular demokratik standartlara kifayət qədər hörmət edilmədiyini göstərib".

9 iyun seçkisiylə son üç önillikdə ilk dəfə olaraq yeni prezident seçmək üçün sandıq başına gedən Qazaxstan etirazlarla qarşılaşıb. Etirazlar üç böyük şəhəri, Almatı, Nur-Sultan və cənub şəhəri olan Şimkeni əhatə edib.

Onlarla insan iyunun 10-da Almatının Qədim Meydanında etiraz edib. Polis və milli qvardiya zabitləri ərazini və yaxınlıqdakı parkı nəzarətə götürüb.

Meydanın ətrafında öz maşınları ilə hərəkət edən insanlar siqnal verərək etiraz edənləri dəstəkləyiblər.

Polis tərəfindən tutulduqdan sonra biləyini kəsmiş bir nümayişçiyə yardım etmək üçün təcili yardım çağırılıb.

preview_1e962920abbd021381ef29250331d83b.jpg
yeni və keçmiş prezidentlər

Azadlıq Radiosunun müxbiri aksiyaçıların saxlanılma səbəbləri barədə polis məmurundan soruşub. O, saxlanılan şəxslərin şəxsiyyət vəsiqəsi olmadığını deyib.

Paytaxt Nur-Sultanda onlarla insan polis tərəfindən əhatə edilmiş mərkəzi meydana toplanmaya başlayıb.

İyunun 9-da keçirilmiş seçkidən sonra yüzlərlə dinc anti-hökumət nümayişçiləri həbsə məruz qaldı.

Həmin gün jurnalistlərə açıqlama verən Amirjan Qosanov Toqayevin qələbəsini qəbul edib və deyib ki, əgər "birləşmiş müxalifət" və ya daha çox təcrübəyə malik olan böyük partiya olsaydı, o, daha çox səs qazanmış olardı.

Bu ilin martında prezidentlikdən istefa verən Nazarbayevin xeyir-duasını almış Tokayevin zəfəri gözlənilən idi.

Qazaxıstanı təxminən 30 ilə yaxındır ki, idarə edən Nazarbayev hələ ölkənin bir çox mühüm siyasi postlarında qalmağa davam edir. O, ölkədə və siyasi partiyası olan Nur-Otanda hələ də əhəmiyyətli siyasi qüvvəyə sahibdir.

Ana səhifəDünyaQazaxıstanda prezident seçkilərinə etiraz edənlər saxlanılıb