Qazax qadınları prezident seçkilərindən öncə etiraz ediblər

Ən son nümayiş isə 78 yaşlı Nazarbayevin istefasından sonra təyin edilmiş prezident seçkilərindən 6 gün əvvələ təsadüf edir.

Source: google.ru


Aksiya prezident seçkilərindən bir həftə öncə baş tutub

Qazaxıstanın paytaxtı Nur-Sultanda prezident sarayının qarşısında onlarla qadın etiraz edərək sosial müavinətlərin artırılmasını tələb ediblər, -Azadlıq Radiosu xəbər verir.

Etiraz aksiyası prezident seçkilərindən bir həftə öncə baş tutub.

İyunun 3-də mitinqdə iştirak edən nümayişçilər hökuməti yalnız analara və çoxuşaqlı ailələrə maddi dəstək verəcəyi ilə bağlı sözünü tutmağa və onları uyğun mənzillə təmin etməyə çağırıb.

Onlar "Uşaqlarımız üçün düzgün mənzil" deyə sloqan atıblar və tələb ediblər ki, Baş nazir Asqar Mamin, müvəqqəti Prezident Qasım-Jomart Toqayev və hakim Nur-Otan Partiyasına rəhbərlik etməyi davam etdirən keçmiş Prezident Nursultan Nazarbayev gəlib onlarla danışsın.

Əmək və sosial müdafiə naziri Berdibek Saparbayev və digər hökumət nümayəndələri nümayişçilərlə görüşüb və yaxınlıqdakı parlament binasına getmələrini istəyib, lakin onlar imtina edib.

Ölkə ərazisində yaşayış şəraitinə dair etiraz aksiyaları paytaxtda bir ailənin 5 uşağı fevral ayında yanğında öldükdən sonra keçirilir.

Faciə hər iki valideyn gecə növbəsində işləyərkən meydana gəlib. Sonuncu belə mitinq 16 mayda Nur-Sultanda keçirilib.

Ən son nümayiş isə 78 yaşlı Nazarbayevin istefasından sonra təyin edilmiş prezident seçkilərindən 6 gün əvvələ təsadüf edir. Prezident seçkilər 9 iyun tarixində keçiriləcək.

Müvəqqəti prezident olan Toqayev qarşıdakı seçkiləri qazanacağı gözlənilir.

Müxaliflər, tənqidçilər və hüquq müdafiəçiləri deyirlər ki, az dözümlülük nümayiş etdirən Nazarbayev demokratik prosesi manipulyasiya edərək enerjiylə zəngin olan 18.7 milyon əhalinin yaşadığı ölkədə uzun müddət hakimiyyətini qoruyub saxlaya bilmişdi.

1991-ci ildən etibarən Qazaxıstanda heç bir seçki beynəlxalq müşahidəçilər tərəfindən azad və demokratik sayılmayıb.

Ana səhifəDünyaQazax qadınları prezident seçkilərindən öncə etiraz ediblər