Sabirabad Rayon İcra Hakimiyyətinin mətbuat xidməti Maşalla Mənəfovun intiharı ilə bağlı məlumat yayıb.
İcra hakimiyyəti Maşalla Mənəfovun Cavad kəndi ərazisində çöl pay torpağında ağacdan özünü asaraq intihar etdiyini bildirib.
“Sosial şəbəkələrdə və bəzi internet saytlarında intiharla bağlı yayımlanan video ötən ilin 23 noyabrında lentə alınıb. Həmin gün İcra Hakimiyyətinin inzibati binasının yanında yerləşən Sabirabad Mədəniyyət Mərkəzində N saylı Hərbi Hissənin təşkilatçılığı ilə şəhidlərin anılması tədbiri keçirilib. Maşalla Mənəfov isə ümumiyyətlə son zamanlar Rayon İcra Hakimiyyətinə gəlməyib”.
Eyni zamanda, M.Mənəfovun fevral ayından İcra Hakimiyyətinin təşəbbüsü ilə “Əmin” marketlər şəbəkəsində işlə təmin olunduğu qeyd edilib:
“Müxtəlif vaxtlarda sosial problemlərinin həlli ilə bağlı Mənəfova müvafiq köməkliklər də göstərilib”.
İcra hakimiyyəti rayon prokurorluğunda M.Mənəfovun intiharı ilə əlaqədar araşdırma aparıldığını bildirib.
Məlumatı İcra Hakimiyyəti də təsdiqləyib
II Qarabağ müharibəsi əlili Maşalla Gülağa oğlu Mənəfovun özünü ağacdan asdığı deyilir.
Yaxınları hadisənin iyunun 16-da qazinin Sabirabad Rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra baş verdiyini qeyd ediblər.
Sabirabad Rayon İcra Hakimiyyətindən M.Mənəfovun özünü asdığını təsdiləyiblər.
Amma əlavə ediblər ki, Maşalla Mənəfov Cavad kəndində intihar edib.
Adının çəkilməsini istəməyən icra hakimiyyəti rəsmisi 1986-cı il təvəllüdlü Maşalla Mənəfovun borclu olması səbəbindən intihara əl atdığını bildirib.