Komanda “Dinamo”ya cavab oyununda da məğlub olub
“Qarabağ” komandası avqustun 28-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində
cavab oyununu keçirib.
Azərbaycan çempionu Bakıda Xorvatiya təmsilçisi “Dinamo” (Zaqreb) ilə qarşılaşıb. Xorvatiyada keçirilən ilk matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanmışdılar.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab qarşılaşması saat 20:45-də başlayıb. Oyun “Qarabağ”ın məğlubiyyəti ilə yekunlaşıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Dinamo”ya 0:2 hesabı ilə məğlub olub.
Bu məğlubiyyət “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırması ilə nəticələnib. Komanda bundan sonra UEFA Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.