“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib

“Qarabağ” və “Braqa”. Foto: sosial şəbəkə

Azərbaycan çempionu Portuqaliyada “Braqa”nı məğlub edib

“Qarabağ” klubu fevralın 15-də UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Bakı vaxtilə saat 00:00-da start götürən oyunda Azərbaycan çempionu Portuqaliyada yerli “Braqa” komandası ilə qarşılaşıb.

Foto: "Qarabağ"ın sosial media hesabı
Foto: “Qarabağ”ın sosial media hesabı

Qarşılaşma “Qarabağ”ın qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisi Portuqaliya səfərində 4:2 hesablı qələbəyə sevinib.

Komandalar arasında cavab oyunu fevralın 22-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Ana səhifəİdman“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib