Qadınlar ABŞ səfirliyi önündə aksiya keçiriblər

Qadınlar “Siyasi məhbuslara azadlıq” yazılmış şüar qaldırıblar.

Source: Specify Source


Onlar polis zorakılığına etiraz ediblər

Oktyabrın 25-də bir qrup qadın Amerikanın Azərbaycandakı səfirliyi önündə piket keçirib.

Onlar tədbirlərinin əsas məqsədinin Azərbaycanda polis zorakılığına etiraz olduğunu deyiblər:

“Polislər dinc aksiya iştirakçıları ilə çox kobud və düşmən kimi davranırlar. Bunları gördükdə belə təsvvür yaranır ki, onlar Azərbaycan xalqının övladı deyil, bnu millətə düşməndirlər. Biz sosial problemlərimizi dinc şəkildə sələndirmək istəyirik. polis nə üçündür, vəzifəsi nədir, hüquqlarımızı qoruyan dövlətin görəvləndirdiyi şəxs?”, – aksiya iştirakçısı deyib. “Oktyabrın 19-da olanlar nə idi, nə ad qoymaq olar baş verənlərə? Biz ona görə səfirlik önünə toplanmışıq ki, bütün dünya Azərbaycanda baş verənləri görsün. Tofiq Yaqubluya niyə işgəncə olub, nə üçün? Həbs olunanlar dərhal azad edilməlidir”, – başqa bir qadın deyib.

Qadınlar “Siyasi məhbuslara azadlıq” yazılmış şüar qaldırıblar.

Aksiyaya qatılan qadınlardan biri 45 il müəllim işlədiyini və sosial problemlərdən əziyyət çəkdiyini deyib.

Bundan sonra polislər onlara yaxınlaşaraq şüarları yığışdırmağı, ərazini tərk etməyi və polisin ictimai asayişi qoruduğunu deyiblər. Amma qadınlar Konstitusiyanın 49-cu maddəsini əsas gətiriblər.

Sonda qadınlar saxlanılarkən polis zorakılığına, saxlandıqdan sonra işgəncələrə məruz qaldıqları haqda bəyanatlarını oxuyublar və sənədi səfirliyə təqdim ediblər.

Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası “28 May” metrostansiyası qarşısında aksiya keçirib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə vermədiyi barədə açıqlama yayılıb.

Mitinqə polis müdaxiləsi olub, təşkilatçılardan Tofiq Yaqublu həbs edilib, ona işgəncə verildiyi bildirilib.

Bakı Şəhər Baş Polis İdarəsi aksiya iştirakçılarından 60 nəfərin saxlanıldığını, onlardan 18 nəfərin işinin hüquq-mühafizə orqanlarına göndərildiyi barədə məlumat yayıb.

Ana səhifəSiyasətQadınlar ABŞ səfirliyi önündə aksiya keçiriblər