Aleksey Navalnının daha iki tərəfdarı “terrorçular və ekstremistlər” siyahısına salınıb
Rusiya hökumətinin ölkənin vətəndaş cəmiyyətinə basqıları davam etdirdiyi bildirilir.
Hazırda həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnı və onun bir neçə müttəfiqi “terrorçu və ekstremistlər” siyahısına əlavə edilib.
RFE/RL yazır ki, siyahıya daxil edilənlər Lyubov Sobol, Vyaçeslav Qimadi, Georgi Alburov, Liliya Çanışeva və Ruslan Şavəddinovdur.
Onlarla bağlı qeydlər yanvarın 25-də Rosfinmonitorinq reyestrində yer alıb.
Adıçəkilən şəxslər sağ millətçi qruplarla eyni siyahıya salınıb. Burada həmçinin Taliban və İslam Dövləti kimi xarici terror təşkilatları yer alıb.
Bu addım Navalnının siyasi şəbəkəsi və daha geniş şəkildə vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyaların növbəti dalğası kimi qiymətləndirilir.
Təxminən 2 həftə öncə Navalnının daha iki yaxın adamı Leonid Volkov və İvan Jdanov da siyahıya əlavə edilib.
Qanunla onların bank hesabları da dərhal dondurula bilər.
Bildirilir ki, Putinin siyasi müttəfiqlərinin əksəriyyəti Rusiyanı tərk edib və ya həbsə atılıblar. Bəziləri isə “terrorçu” və ya “ekstremist” kimi axtarışa verilib.
Ötən il Moskva Şəhər Məhkəməsi Navalni ilə əlaqəli bütün təşkilatları “ekstremist” elan edib.
Onun təşkilatları ilə bağlı qərarda deyilir ki, onlarla işləmiş fəalları uzunmüddətli həbs cəzası gözləyir.
Navalnının zəhərlənməsinin səbəblərini araşdıran və onun korrupsiya araşdırmalarına istinad edən jurnalistlərə “xarici agent” damğası vurulub.
Navalnı 2021-ci ilin fevralında tez zamanda mühakimə olunduqdan sonra həbs edilib.
O, Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.
Onun barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3.5 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılmışdı.
O, kimyəvi maddə ilə zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.
Kreml Navalnının zəhərlənməsində hər hansı rolunun olmadığını bildirib.