Putinin münaqişənin həlli ilə bağlı müzakirələrə hazır olduğu bildirilir

Foto: Meydan TV

Onun müzakirələri ABŞ-nin yeni Prezidenti Trampla aparmaq istədiyi deyilir

“Reuters” yazır ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni Prezidenti Donald Trampla Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələrə hazırdır.

Nəşr mənbələrinə istinadla bildirib ki, Kreml cəbhə xətti boyunca münaqişənin dondurulmasına və Ukraynanın dörd regionunda: Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində danışıqların keçirilməsinə razı ola bilər.

Lakin keçmiş Prezident Co Baydenin Ukraynaya ABŞ-nin Rusiyaya “ATACMS” ballistik raketləri atmasına icazə vermək qərarı, istənilən həlli çətinləşdirə, gecikdirə və Moskvanın tələblərini sərtləşdirə bilər.

Qeyd olunur ki, Rusiya əhəmiyyətli ərazi güzəştləri ehtimalını rədd edir və Kiyevin NATO-ya daxil olmaq planlarından imtina etməsində israrlıdır.

Nəşr sonda qeyd edir ki, Rusiya Ukraynanın NATO-ya qoşulmasına və ya NATO qoşunlarının Ukrayna ərazisində olmasına dözməyəcək.

Rusiya Ukraynaya qarşı 2022-ci il fevralın 24-də müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Yüzlərlə rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunub.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

2024-cü il noyabrın 19-da, gecə saatlarında Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiya ərazisinə uzaqmənzilli raketlərlə (“ATACMS”) raketlərlə hücum edib.

Ana səhifəDünyaPutinin münaqişənin həlli ilə bağlı müzakirələrə hazır olduğu bildirilir