Rusiya Prezidenti deyir ki, bu, qazın qiymətinin bahalaşmasına səbəb olacaq
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin qaz tranzitini dayandırmasını şərh edib.
Putin deyib ki, Ukrayna Rusiya qazının tədarükü ilə bağlı müqaviləni bağlamaqla Avropanı cəzalandırır.
Onun sözlərinə görə, belə olan halda da Avropada qazın qiyməti artacaq.
“Onlar Avropadan istifadə edirlər. Çünki Avropanın dəstəyi olmadan Ukrayna nəinki mübarizə apara, heç mövcud ola bilməz. Avropa üçün asan deyil. Onsuz da min kubmetri 500 dollar olan qazın qiyməti artıb. Müqavilə yoxdur və bunu üç-dörd günə bağlamaq mümkün deyil. Orada qiymətlər indi yenidən qalxacaq. Amma bunu təhrik edən biz deyilik. Bu onların siyasətidir”, – Putin jurnalistlərə bildirib.
Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti ilə bağlı 2019-cu ildə bağlanmış saziş dekabrın 31-də başa çatır və Kiyev dəfələrlə bəyan edib ki, onu yeniləmək niyyətində deyil.
Daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qazının Azərbaycan brendi altında tranzit edilməsinə imkan verməyəcəklərini deyib.