Putin “Qələbə” paradında Ukrayna ilə müharibəni “yeganə düzgün qərar” adlandırıb

Putin Qələbə Paradındakı çıxışını Ukraynaya qarşı müharibəyə həsr edib,amma iddiaların əksinə səfərbərlik elan etməyib.

Rusiya fevralın 24-də Ukraynaya təcavüzə başlamaqla “qabaqlayıcı zərbə” endirib və bu, “yeganə düzgün qərar idi”. Prezident Vladimir Putin Moskvada Qırmızı meydandakı paradda deyib.

Mayın 9-da Rusiya ordusu Ukraynada əməliyyatı intensivləşdirir.  

 Rusiya qüvvələri indiyədək Azov dənizi sahilindəki Mariupol liman şəhərinin işğalını başa çatdıra bilməyiblər. Azovstalda 2 minədək ukraynalı döyüşçü müqaviməti davam etdirir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə mayın 8-də Qələbə günü çıxışında deyib ki, Rusiya Ukraynaya qarşı nasist vəhşiliklərini təkrarlayır.

Zelenski Böyük Yeddilik (G7) liderləri ilə virtual görüşdə də iştirak edib. 

Birləşmiş Ştatlar iclasdan sonra Rusiyanın üç televiziyasına və Gazprombank rəsmilərinə sanksiyalar, eləcə də amerikalıların rusiyalılara mühasibat və konsultasiya xidməti göstərməsinə qadağa elan edib.

Britaniya rəsmiləri virtual toplantıdan öncə Ukraynaya 1.6 milyard dollarlıq hərbi yardım açıqlayıb.

Ana səhifəVideoPutin “Qələbə” paradında Ukrayna ilə müharibəni “yeganə düzgün qərar” adlandırıb