“Görünür, qayıdıb güclənmək bizim də payımıza düşüb”
Rusiya Prezidenti Vladimir Putin Rusiya torpaqlarının qaytarılmasını öz missiyası adlandırıb və özünü Böyük Pyotrla müqayisə edib.
Bu barədə V.Putin iyunun 9-da Rusiya imperatoruna həsr olunmuş sərgini ziyarət etdikdən sonra gənc sahibkarlar və alimlərlə görüşündə danışıb.
“I Pyotr Şimal müharibəsində 21 il vuruşdu. Guya ki, İsveçlə müharibə aparırdı, nədənsə vaz keçirdi… Heç nədən vaz keçmirdi! Qaytarırdı! Bəli, elədir… Qaytarıb, gücləndirirdi. Bax, bunu edirdi. Görünür, qaytarıb güclənmdirmək bizim də payımıza düşüb. Əgər bu dəyərlərin varlığımızın əsasını təşkil etdiyindən çıxış etsək, şübhəsiz ki, qarşımızda duran vəzifələrin həllində uğur qazanacağıq”, – Putin belə deyib.
İyunun 9-da Rusiyada I Pyotrun anadan olmasının 350 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib.