Putin ABŞ və Britaniya ilə əlaqələri yaxşılaşdırır

Rusiya Prezidenti müttəfiqlərinə teleqram göndərib

Source:


Rusiya Prezidenti müttəfiqlərinə teleqram göndərib

Prezident Vladimir Putin cümə günü ABŞ Prezidenti Donald Tramp və İngiltərə Baş naziri Boris Consona teleqram göndərib. “Reuters” xəbər verir ki, Putin bu günün problemlərini həll etmək üçün İkinci Dünya Müharibəsi illərindəki kimi xalqların əməkdaşlığının yenidən artırılmasının zəruriliyini qeyd edib.

Putinin təklifi Moskvanın Vaşinqtonla münasibətləri bərpa etmək cəhdlərinin ən sonuncusudur.

Putin və Tramp deyir ki, onlar qlobal neft hasilatı ilə bağlı razılaşma əldə etmək üçün bir-birilə sıx əməkdaşlıq edib və tərəflər cümə axşamı günü telefonla əlaqə saxlayıb. Tramp Rusiyaya koronavirusla mübarizədə kömək edəcək tibbi avadanlıq göndərməyi təklif edib.

London ilə əlaqələr keçmiş rus casusunun və onun İngiltərədəki qızının zəhərlənməsindən sonra gərgin olaraq qalır. Rusiya Xarici işlər naziri Sergey Lavrov çərşənbə günü ingilis həmkarı Dominik Raab ilə danışıb. Moskva daha sonra bildirib ki, tərəflər əməkdaşlığı yaxşılaşdırmaq üçün razılığa gəlib.

Putin Sovet İttifaqının Avropadakı qarşıdurmasının sona çatmasının 75-ci ildönümündə İttifaqın İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərinə də teleqram göndərib.

“Avropada Qələbə” günündən bir gün sonra 9 may tarixində nasist Almaniyasının qeyd-şərtsiz təslimiyyətini qeyd edən Rusiya koronavirus səbəbiylə anım mərasimlərini təxirə salıb.

Trampa göndərdiyi mesajda Putin deyib ki, hazırda Rusiya və ABŞ qlobal problemlərlə üzləşir. “Ölkələrimiz beynəlxalq təhlükəsizlik və sabitliyi təmin etmək üçün çox şey edə bilər”,- Putin deyib.

Putin İngiltərənin Baş naziri Consona deyib ki, İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərin birliyinə ehtiyac duyulur. O, illərin xatirəsinin İngiltərə-Rusiya əlaqələrinin yaxşılaşmasına kömək edə biləcəyini əlavə edib.

Ana səhifəDünyaPutin ABŞ və Britaniya ilə əlaqələri yaxşılaşdırır