“Məni cinayət işi üzrə şahid kimi cəlb ediblər, ancaq hansı cinayət işi olduğunu dəqiqləşdirməyib”
Oktyabrın 29-da prokurorluq vəkil Cavad Cavadlını Leyla Yunusun müdafiəsi üzrə işi davam etdirmək səlahiyyətindən məhrum edib. Bunun səbəbləri açıqlanmır. Prokurorluq bu qərarı şərh etmir.
Vəkil bildirib ki, bu qərarı qanunsuz hesab edir. O həmçinin deyib ki, cinayət işi üzrə şahid kimi cəlb edilib. Lakin hansı cinayət işi olduğunu dəqiqləşdirməyib.