Sentyabrın 9-u yaxınlaşdıqca prezidentliyə namizədlər üçün seçici imzasının toplanması prosesində həyəcanlar da artır. Demokratik düşərgənin Milli Şurasının vahid namizədi Cəmil Həsənli və hazırda həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun imza vərəqələri son günlərdə verildiyindən vaxtın darlığı narahatçılıqlar yaradırdı. Lakin hər iki namizədin qərəgahından prosesin hələlik ugurlu getdiyi haqda xəbərlər verilir.