“Facebook” fəalı Elsevər Mürsəlov vəkilindən də imtina etdi
İyulun 3-də Sumqayıt Apellyasiya Məhkəməsində xaçmazlı gənc, “Facebook” fəalı Elsevər Mürsəllinin işi üzrə proses yekunlaşıb. Sumqayıt Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlıqdan məhrum etdiyi fəalın cəzasını 2 ilə endirib.
“Mediaforum” saytına vəkil Xaild Bağırov məlumat verib ki, Elsevər Mürsəlli onun vəkil xidmətindən də imtina edib.
Gənc fəalı ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs edib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. Bu il aprelin 3-də fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Elsevər Mürsəlli 2013-cü ilin prezident seçkisi zamanı müxalif namizəd Cəmil Həsənlini fəal şəkildə dəstəkləyib. Gənc həmin il oktyabrın 3-də Xaçmazda saxlanaraq polisə aparılıb. Rəsmi versiyaya görə, onun cibindən heroin çıxıb.
Elsevər Mürsəlli 2014-cü il iyunun 23-də prezidentə peşmançılıq müraciəti yazaraq əfv istəyib.