Prezident “Vətəndaşlıq haqqında” qanuna düzəlişləri təsdiqlədi

“Düzəlişlərin qəbulu ilə əvvəllər başqa ölkələrin vətəndaşlığını qəbul etmiş yüz minlərlə insanın taleyi qaranlıq qalır”

Source:

“Düzəlişlərin qəbulu ilə əvvəllər başqa ölkələrin vətəndaşlığını qəbul etmiş yüz minlərlə insanın taleyi qaranlıq qalır”

İyunun 30-da dövlət başçısı müvafiq fərman imzaladıqdan sonra “Vətəndaşlıq haqqında” qanuna düzəlişlər təsdiqlənib.

“Hüquqi dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov “Turan İA”a bildirib ki, qanunun yeni redaktəsi ölkə Konstitusiyasına ziddir: “Digər dövlətin vətəndaşlığını qəbul etməklə bağlı 1 ay müddətində hakimiyyətin xəbərdar edilməməsinin cinayət məsuliyyətini nəzərdə tutması barədə norma ”biabırçılıqdır”. Valideynlərindən birinin və ya hər ikisi əcnəbi olan və onların ərazisində doğulan körpənin yerli vətəndaşlıq almaması barədə norma da antikonstitusion normadır”.

Hüquqşünasın sözlərinə görə, 18-ci maddəyə edilən və başqa dövlətin vətəndaşlığının alınmasının Azərbaycan vətəndaşlığından məhrumetməyə səbəb olmasını nəzərdə tutan düzəliş də qəbuledilməzdir: “Konstitusiyanın 52-ci maddəsində birmənalı şəkildə yazılıb ki, heç kim Azərbaycan dövlətindən məhrum edilə bilməz. Konstitusiyaya və beynəlxalq konvensiyalara zidd qanunlar qüvvədə ola bilməz. Beynəlxalq razılaşmalara görə, bütün ölkələr vətəndaşlığı olmayan şəxslərin azalmasına yardım göstərməlidir. Lakin bu düzəlişlər bu kateqoriyadan olan şəxslərin sayının artması üçün şərait yaradır. Həmin düzəlişlərin qəbulu ilə əvvəllər başqa ölkələrin vətəndaşlığını qəbul etmiş yüz minlərlə insanın taleyi qaranlıq qalır”.

Cənab Baxışov bildirib ki, konstitusiyaya görə, qanunun geriyə qüvvəsi yoxdur. “Lakin Azərbaycanda qanunların tətbiqi acınacaqlı vəziyyətdədir. Odur ki, bu düzəlişlərin çoxdan başqa ölkələrin vətəndaşlığını qəbul etmiş şəxslərə də tətbiq ediləcəyini gözləmək olar” – M.Baxışov belə deyib.

Ana səhifəXəbərlərPrezident “Vətəndaşlıq haqqında” qanuna düzəlişləri təsdiqlədi