Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Foto: president.az

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub

Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində Polşa Prezidenti Anjey Dudanın belaruslu həmkarı Aleksandr Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi deyilir.

Məlumatı Polşa mətbuatı yayıb.

Anjey Dudanın yaxın ətrafı mediaya deyib ki, bu, şüurlu bir jest olub.

Bildirilir ki, bu cür simvolik jestlər siyasətdə mühüm əhəmiyyət kəsb edir və Prezidentin düşünülmüş qərarı olub.

Bundan əvvəl Anjey Duda bildirib ki, Kiyevi Rusiya ilə müharibədə tam qələbəyə nail olmaq üçün lazım olan hər şeylə təmin etmək lazımdır, çünki bu, təkcə Ukrayna üçün deyil, həm də bütün Avropa üçün vacibdir.

Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilir.

Ana səhifəCOP29Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir