Polislər RATİ-nin ofisi girdilər (yenilənib)

İstintaq hərəkətlərinə əsasən polisin müşahidəsiylə ofisdə axtarış aparacaqlar

Source:


20.30. Əməkdaşımız məlumat verir ki, RATİ-nin ikinci mərtəbədəki ofisində bütün texniki avadanlıq müsadirə olunaraq aparılıb. Hazırda polislər birinci mərtəbədəki ofisə daxil olublar.


***


19.40. Meydan TV-nin əməkdaşı bildirir ki, polislər birinci mərtəbənin açılmayacağı təqdirdə, qapının sındırılacağı xəbərdarlığını ediblər.


***


19.25. Meydan TV-nin əməkdaşının məlumatına görə, RATİ-nin ofisi 2 mərtəbəli olsa da, respublika Prokurorluğunun rəsmiləri yalnız ikinci mərtəbədə axtarış aparmaq sanksiyasını göstəriblər. Buna baxmayaraq onlar birinci mərtəbədə də axtarış aparmaqda israrlıdırlar, halbuki, bu barədə sanksiya yoxdur.


***


16.05. Bildirilir ki, RATİ-yə daxil olan şəxslər Respublika Prokurorluğunun əməkdaşıdırlar, istintaq hərəkətlərinə əsasən polisin müşahidəsiylə ofisdə axtarış aparacaqlar


***


15.50. Meydan TV-nin əməkdaşının mılumatına görə, polislər ofisə daxil olublar.


***


Polislər və naməlum mülki formalı şəxslər qurumun qapısını  sındırmaq istəyirlər

Avqustun 8-də saat 14 radələrində Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) polis və naməlum mülki şəxslər tərəfindən mühasirəyə alınıb.

RATİ-in əməkdaşlarının Meydan TV-yə verdikləri məlumata görə, polislər qapını sındırmaq istəyirlər: “Biz hazırda müdafiə olunuruq, onlar qapını açmağımızı tələb edirlər”.

Meydan TV-nin hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, 1 polis, 4 mülki geyimli RATİ-nin qarşısında dayanıb ofisdəkilərə “ya binanı boşaldın, ya da qapını sındıracayıq” deyə xəbərdarlıq edirlər: “Jurnalistləri isə RATİ-nin qarşısından uzaqlaşdırırlar, hadisə yerində yalnız Azadlıq Radiosunun və Meydan TV-in əməkdaşı var. Vəziyyət gərgin olaraq qalır”.

Ana səhifəXəbərlərPolislər RATİ-nin ofisi girdilər (yenilənib)