Hökumət 2008-ci ildən yenidən başlanan çəpərlənmə siyasəsti artıq dənizin içərisinə də hücum çəkir…
Bakının Pirşağı çimərliyi qədimdən narın qumu ilə məşhurdur.
Müstəqillik illərində çimərlik ərazisindən min tonlarla qum tikinti meydanlarına daşınsa da, son dövrlər “qum dəllalları” daha çimərlik ərazisinə nüfuz edə bilmir.
İndi çimərlik “çəpərləmə əsrini” yaşayır. Dəniz sahili kilometrlərlə hasarlanıb. Hasarlanma bir yana, sahil ərazisi Azərbaycan qanunvericiliyinin əksinə olaraq “dədə malı” kimi bölünüb.
Hər “bos”un öz villasının qənşəri var. Son günlərdə kimlərsə çimərlik ərazisinə qalın polad borular da töküb. Ekskavatorlar həmin 4 metrlik boruları dənizin içərisinə doğru basdırmaqda davam edir.
Yəni hər bir “bos” villasının qənşərində dənizin içərisinə doğru dəmir borular basdırır. Bir sözlə dənizi sadə vətəndaşlardan alırlar. Dənizin işğalı davam edir.
Xatırladaq ki, 2003-cü il yanvarın 13-də prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, son vaxtlar vətəndaşların Azərbaycan Prezidentinin İcra Aparatına daxil olan çoxsaylı müraciәtlәrindәn aydın olur ki, bir sıra yerlərdə Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. “Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb.
Prezident H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.
Azərbaycan hökuməti prezidentin sərəncamını icra etmək əvəzində 5 il sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağı “20-50” metrlik zolaq sözləri ilə əvəzlənməsinə nail olub. Belə ki, prezident İlham Əliyev
2008-ci il dekabrı
n 2-də
“Torpaq islahatı
haqqı
nda
”
qanuna, Torpaq M
ə
c
ə
ll
ə
sin
ə
v
ə
İ
nzibati X
ə
talar M
ə
c
ə
ll
ə
sin
ə
d
ə
yi
ş
iklikl
ə
r v
ə
ə
lav
ə
l
ə
r edilm
ə
si bar
ə
d
ə
qanunu imzalay
ı
b.
Qanunda art
ı
q d
ə
niz sahilinin d
ö
vl
ə
t m
ə
qs
ə
dl
ə
ri
üçü
n istifad
ə
sin
ə
icaz
ə
verilib.
Sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri çıxarılsın. “İstifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.
Bir sözlə, hökumət 2008-ci ildən yenidən çəpərlənməyə yol açıb. Amma, bu çəpərlər artıq dənizin içərisinə də hücum çəkir…
Anoloji olaraq bu Bilgəh,Nardaran,Buzovna,Mərdəkan Novxanı da baş verir.
Son zamanlar dənizin tutulması Abşerondan əlavə Qaradağ rayonun əhalisinə aid edilir.
Dəniz kənarının tutulması daha da genişlənir.Buna görə də insanların yayda normal istirahətinə imkan verilmir.
Şəhər çimərlikləri son 100 ildə Bakı əhalisinin istirahəti üçün ən əlverişli variant idi
Turan İnformasiya Agentliyi