Pərviz Həşimovun qaynı qətlə yetirildi

Baş Prokurorluq Kamal Rüstəmovun münaqişə zəminində bıçaqlandığını deyir

Source:


Baş Prokurorluq Kamal Rüstəmovun münaqişə zəminində bıçaqlandığını deyir

Həbsdə olan jurnalist Pərviz Həşimlinin qaynı Kamal Rüstəmov bıçaqlanaraq qətlə yetirilib. Hadisə Göygöl rayonu ərazisində baş verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

Bizimyol.info

 saytına bildirib ki, Kamal Rüstəmov rayonun Quşqara kəndi ərazisində – Quşqara çayının kənarında Ürfan Rzayev adlı şəxslə şəxsi münaqişə zəmininda mübahisə edərək dalaşıb. İnsident zamanı Ürfan Rzayev bıçaqla Kamal Rüstəmovun ürəyindən və qara ciyərindən 2 zərbə vurub. Ürfan Razayevin özünün də də müxtəlif bədən xəsarətləri olub.

Hər iki şəxs Gəncə Şəhərə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, K.Rüstəmov xəstəxanada dünyasını dəyişib. Ü.Rzayev isə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Göygöl rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kamal Rüstəmov sentyabrın 5-də dəfn olunub.

Ana səhifəXəbərlərPərviz Həşimovun qaynı qətlə yetirildi