Pərviz Həşimlinin qanunsuz olaraq hələ də həbsdə saxlandığını deyən vəkil Elçin Sadıqov, növbəti həftə jurnalistin saxlanma yerinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət olunacağını bildirir. O eyni zamanda qeyd edir ki, jurnalistin saxlanma yerində ona qarşı qeyri-insani rəftar davam edir. Pərviz Həşimliyə hələ də ailəsi ilə görüşməyə, telefonla və ya məktubla əlaqə yaratmağa imkan verilmir.