14 noyabrda Bakı Apellyasiya Məhkəməsində jurnalist Pərviz Həşimliyə qarşı seçilən 3 aylıq həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb. Şikayət təmin edilməyib. Vəkil Elçin Sadıqov bildirib ki, Səbail rayon Məhkəməsinin qərarında belə jurnalistin harada saxlanılması göstərilməyib.
P.Həşimli silah qaçaqmalçılığında ittiham olunur. Beynəlxalq təşkilatlar isə onu siyasi və vicdan məhbusu elan ediblər.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 15 Noyabr 2013 17:31