Penitensiar Xidmət: “Biz bilmirik o nidadır, vergüldür, nöqtədir”.

Nida üzvlərinin valideynləri bu gün gənclərə baş çəkəcəklər

Source:


Nida üzvlərinin valideynləri bu gün gənclərə baş çəkəcəklər

“Uşaqlar həbsxanaya çatanda maşını orada 45 dəqiqə saxlayıblar. Səbəb də göstərməyiblər ki, etap niyə bu qədər gecikir. Zaurun astması tutub, nəfəs ala bilmir. Uşaqlar qapını döyüblər ki, açsınlar heç olmasa bir az hava gəlsin. Nəzarətçilər də uşaqların üzünə bibər qazı sıxıblar”- Zaur Qurbanlının anası Səkinə Qurbanova Meydan TV-yə deyib.

1 apreldə baş verən hadisəylə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi rəsmi məlumat yayıb. Məlumatda yazılıb: “Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşayiət edilmiş 13 nəfər təqsirləndirilən şəxs məhkəmə prosesindən sonra geriyə qaytarılarkən təcridxananın təhvil-təslim yerində digər

xüsusi nəqliyyat vasitəsi olduğuna görə onları gətirən nəqliyyat vasitəsi qısa müddət ərzində gözləməli olmuşdur. Bunu narazılıqla qarşılayan bir neçə təqsirləndirilən şəxs etiraz əlaməti olaraq xüsusi təyinatlı avtomobili döyəcləmiş, səs-küy salmağa başlamışlar. Həmin şəxslər qarovul heyəti tərəfindən intizama dəvət edilsələr də, buna məhəl qoyulmamış və öz hərəkətlərini davam etdirmişlər. Təqsirləndirilən şəxslər intizam qaydalarına məhəl qoymadığına və xüsusi nəqliyyat vasitəsinə zərər vurulması ilə müşayiət olunan hərəkətləri davam etdirdiyinə görə qarovul heyəti “Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında təlimat”ın tələblərinə tam müvafiq olaraq təhlükəsizliyi təmin etmişdir. Təhlükəsizlik tədbiri zamanı heç bir şəxs xəsarət almamışdır”.

Avtomaşında  hava çatışmazlığının olmasına gəlincə, qurum bildirib ki, Penitensiar Xidmətin sərəncamındakı“Fiat Ducato” markalı xüsusi avtomobillər ən müasir tələblərə cavab verən nəqliyyat vasitələridir.“Bu nəqliyyat vasitələrində təmiz hava axını, daşınan şəxslərin və onları müşayiət edənlərin təhlükəsizlikləri yüksək səviyyədə təmin olunur.

Səkinə Qurbanova isə deyir ki, gənclərin hər biri qazdan boğulublar, İlkin Rüstəmzadə gözündən yaralanıb. Gənclər həbsxanaya keçdikdən sonra onlara tibbi xidmət göstərilib.

Penitensiar Xidmətinİctimaiyyətlə əlaqələr şöbəsinin adını açıqlamaq istəməyən əməkdaşı Meydan TV-yə bildirib:“Biz bilmirik o nidadır, vergüldür, nöqtədir. Orada bizim əməkdaşlar da olub, onların da təhlükəsizliyini qorumaq üçün təhlükəsizlik tədbirləri görmüşük”. Hansı tədbirlərin görüldüyünü soruşduqda əməkdaş cavab verməyib. “Bibər qazı sıxılıbmı” sualına da “təhlükəsizlik tədbirləri” görülüb şərhini verib.

Ana səhifəXəbərlərPenitensiar Xidmət: “Biz bilmirik o nidadır, vergüldür, nöqtədir”.