Pənah Hüseyn Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb

Partiya sədri müraciətlərinə cavab olaraq PA-ya dəvət edildiyini deyib

Pənah Hüseyn, Foto: Meydan TV


Partiya sədri müraciətlərinə cavab olaraq PA-ya dəvət edildiyini deyib

Xalq Partiyasının sədri Pənah Hüseyn fevralın 27-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Bu barədə P.Hüseyn özü Meydan TV-yə açıqlama verib.

P.Hüseyn deyib ki, o, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Ağ Partiyanın başqanı Tural Abbaslı bir müddət əvvəl Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə müraciət etmişdilər:

“Ədalət Vəliyev müraciətimizə cavab olaraq məni administrasiyaya dəvət etdi. Biz müraciətimzdə qoyduğumuz məsələləri müzakirə etdik, söhbət bir neçə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar idi”.

Pənah Hüseyn müraciətin səbəbi və görüşlə bağlı geniş danışmaq istəməyib.

Ana səhifəXəbərlərPənah Hüseyn Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb