Pənah Hüseyn boykotçulara qoşuldu

Ancaq KXCP üzvü Zəlimxan Məmmədli 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyinin təsdiqlənməsi üçün imzatoplama kampaniyasını bitirmək üzrədir.

Source:


KXCP də növbədənkənar parlament seçkilərində iştirak etməyəcək

Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn 2020-ci il fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərinə qatılmayacaq.

Bu barədə Pənah Hüseyn özü Meydan TV-yə danışıb.

Bununla belə Xalq Partiyasının Mərkəzi Şurasının qərarında növbədənkənar seçkilərdə namizəd olmaq istəyən üzvlərin fərdi qaydada seçkiyə qatılması məqsədəuyğun hesab edilib.

Klassik Xalq Cəbhəsi Partiyası da seçkilərdə iştirak etməyəcək. Bu barədə qərar partiyanın Ali Məclisinin 15 fevral toplantısında verilib.

Ancaq KXCP üzvü Zəlimxan Məmmədli 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyinin təsdiqlənməsi üçün imzatoplama kampaniyasını bitirmək üzrədir. Bu barədə Zəlimxan Məmmədli Meydan TV-yə açıqlama verib. KXCP sədrinin müavini Xəzər Teyyublu Zəlimxan Məmmədlinin partiyanın qərarının əksinə olaraq seçkilərə qatılmasını “o, müstəqil adamdır, özü bilər” deyə cavablayıb.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu seçkilərə qatılacaqlarını bildirib. O, partiyanın 25 üzvünün namizəd olmaq üçün sənədlərini MSK-ya təqdim etdiklərini deyib. Sərdar Cəlaloğlu müxalif partiyaları ilə danışıqlara gedəcəyini də əlavə edib:

“İstəyirik ki, dairələrdə müxalif partiyalar arasında alternativlik yaranmasın”.

Bundan əvvəl Demokratik Qüvvələrin Milli Şurası və AXCP seçkiləri boykot etmək qərarı verib.


Müsavat və REAL

partiyaları isə seçkilərdə iştirak edəcəklər.


Milli Məclis

dekabrın 2-də buraxılması üçün Prezidentə müraciət edib.

İlham Əliyev müraciəti qəbul edib. Növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.

Ana səhifəSiyasətPənah Hüseyn boykotçulara qoşuldu