Peskov: Orada saqqallı qadınlar çıxış edir

İfaçı Rotterdamda keçiriləcək müsabiqədə “Russian Women” (“Rus qadını”) adlı mahnını oxuyacaq.

Source: Specify Source


“Russian Women”in mətnində rus qadınları təhqir olunur?

Rusiyanı “Eurovision”da 29 yaşlı tacik əsilli müğənni Manija Sangin – Manizha təmsil edəcək.

O, ifaçı olmaqla yanaşı, BMT-nin təklifi ilə qaçqınların problemləri, eyni zamanda, qadınların hüquqları uğrunda fəal mübarizə aparır.

Manija həm də LGBT icmasını dəstəkləyir.

İfaçı Rotterdamda keçiriləcək müsabiqədə “Russian Women” (“Rus qadını”) adlı mahnını oxuyacaq.

Rusiya iştirakçısının seçimi martın 8-də Rusiya televiziyasının Birinci kanalının canlı efirində baş tutub.

Mahnı birmənalı qarşılanmayıb, hətta iddia olunub ki, “Russian Women”in mətnində rus qadınları təhqir olunur.

Siyasətçilər və tanınmışlar mahnının dəyişdirilməsi ilə bağlı çıxışlar edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da “Russian Women” mahnısı ilə bağlı açıqlama verib: “Orada saqqallı qadınlar çıxış edir, toyuq kimi geyinmiş müğənnilər və bənzərləri var. Hesab edirəm ki, klip müzakirə predmetimiz və ya bizi qayğılandıran məsələ ola bilməz”.

O, mahnı seçiminin tamaşaçıların ixtiyarında olduğunu da əlavə edib.

Manija özü isə deyib ki, mahnısı Rusiyada qadınların son bir neçə əsr ərzində necə dəyişməsindən bəhs edir: “Rusiyada qadınlar kəndli daxmasından başlayaraq, seçib-seçilmək hüququ, fabriklər, kosmik uçuşlaradək uzanan böyük bir yol keçib. Mənim üçün “Eurovision”da iştirak etmək, dünya ilə bu vacib məsələ haqqında danışmaqdır. Mən tacikəm, amma Rusiya məni qəbul edib və boya-başa çatdırıb. İstərdim ki, dünya bizim ölkəmizi mənim tanıdığım kimi görsün, hamıya qarşı səxavətli olduğunu bilsin”.

Manija Sangin 1991-ci ildə Tacikistanın paytaxtı Düşənbədə doğulub. 1990-cı illərin ortalarında o, ailəsi ilə birlikdə Tacikistandakı vətəndaş müharibəsindən xilas olmaq üçün Moskvaya gəlib.

“Eurovision” bu il mayın 18-dən 22-dək Rotterdam şəhərindəki “Ahoy” arenasında keçiriləcək.

65-ci dəfədir reallaşan yarışmanın birinci yarımfinalında 16, ikincisində isə 17 ölkə yer alacaq. Hər iki yarımfinaldan 10 nəfər finala vəsiqə qazanacaq.

Birinci yarımfinalda Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Azərbaycan, Ukrayna, Malta, ikinci yarımfinalda isə San –Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstrya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə, Danimarka çıxış edəcək.

Ana səhifəMədəniyyətPeskov: Orada saqqallı qadınlar çıxış edir