Paşinyanın oğlunun hücuma məruz qaldığı bildirilir

A.Paşinyan. Foto: “news.am”

Alen Simonyan Vardanyana da hücum edildiyini deyir

Aprelin 2-də Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum edilib.

Məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyan “Facebook” səhifəsində paylaşıb.

Ancaq parlamentin spikeri hücum harada baş verdiyini açıqlamayıb.

 Alen Simonyan 3 gün əvvəl Dövlət və Hüquq Məsələləri Daimi Komissiyasının sədri Vladimir Vardanyana da hücumun olduğunu əlavə edib.

O, hücumun Daşnaksütun Partiyası tərəfindən təşkil olunduğunu vurğulayıb.

Ana səhifə ▸ Dünya ▸ Paşinyanın oğlunun hücuma məruz qaldığı bildirilir