Paşinyanın koronavirusa yoluxduğu bildirilir

Paşinyan. Foto: Baş nazirin səhifəsi

Baş nazir KTMT-nin sammitində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Bu barədə onun “Telegram” kanalında məlumat verilib.

“Həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm”, – Paşinyan deyib.

Baş nazir həmçinin bildirib ki, günün sonuna kimi Ali Avrasiya İqtisadi Şurasının dekabrın 26-da keçiriləcək iclasında iştirak edib-etməyəcəyi barədə qərar verəcək.

Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi görüşü keçirilir.

Paşinyan 2023-cü ildə orada iştirak edib.

Son zamanlar Paşinyan Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) dəfələrlə tənqid edib. Baş nazir narazılığını Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi zamanı qurumun Yerevan yardım göstərməməsi ilə əlaqələndirib.

Dekabrın əvvəlində siyasətçi demişdi ki, Yerevan üçün KTMT-yə qayıtmaq qeyri-mümkündür.

Noyabrın sonunda KTMT-nin Qazaxıstanda keçirilən sammitindən sonra Prezident Vladimir Putin Ermənistanın təşkilatdan çıxdığını rəsmən açıqlamadığını bildirib.

O etiraf edib ki, ölkə KTMT çərçivəsində tam hüquqlu işə qayıdacaq.

Ana səhifəXəbərlərPaşinyanın koronavirusa yoluxduğu bildirilir