Paşinyan: “Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”

Foto: Meydan TV

“Biz özümüzə nəyəsə qərar vermək hüququnu qaytarmalıyıq”

“Erməni xalqını “qurbanlıq qoyun” statusundan çıxarmaq lazımdır. Bu barədə aprelin 14-ü Dağlıq Qarabağ ətrafındakı vəziyyət barədə danışan Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu gün bizə deyirlər ki, Qarabağı vermişik və ya vermək istəyirik. Biz əgər Qarabağı vermək istəsəydik, Serj Sarqsyanın danışıqlarının siyasətini davam etdirərdik. Bununla da Qarabağı vermiş olardıq”, – Paşinyan söyləyib.

“Sputnik-Ermənistan” bu barədə yazıb. Paşinyanın sözlərinə görə, əgər referendum keçirilməli idisə, bu, tərəflərin razılaşdırdığı tarixdə olacaq. Bununla yanaşı, Azərbaycan bəyan edib ki, azərbaycanlılar Qarabağa qaytarıldıqdan sonra yaxın 50 ildə Qarabağda referendum olmayacaq.

Paşinyan qeyd edib ki, müharibə Şuşa uğrunda gedib. “Şuşa olmadan müharibənin qarşısını almaq və ya onu dayandırmaq mümkün deyildi. Sadəcə mümkün deyildi. Mən bu haqda dəfələrlə danışmışam”, – Paşinyan söyləyib.

“Əgər biz başqa yolla getsək, Qarabağı vermiş olacağıq. Paruxdakı (Fərrux – red.) olaylar sizə nümunə olsun. Hissə-hissə. Bir-birimizi aldatdıq, bəsdir”, – Paşinyan qeyd edib.

Baş nazir bəyan edib ki, hakimiyyət Ermənistanın dövlətçiliyinin qorunub-saxlanması üçün ölkəyə yol açır.

“Biz xalqımızı, ifadəmə görə üzr istəyirəm, qurbanlıq qoyun statusundan çıxarmaq üçün yol açırıq… Müharibənin olub-olmayacağına biz qərar verməmişik, biz heç nəyə qərar verməmişik. Mən bu gün deyirəm ki, Ermənistan suveren dövlətdir və biz özümüzə nəyəsə qərar vermək hüququnu qaytarmalıyıq. Çünki biz tövlə deyilik, ölkəyik. Biz müxtəlif yerlərdə nə qədərimizin və necə kəsiləcəyinə qərar veriləcək qurbanlıq qoyunlar deyilik, biz vətəndaşlarıq”, – Paşinyan deyib.

Ana səhifəDünyaPaşinyan: “Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”