Partiyalar Birləşmiş Hüquq Müdafiə Mərkəzi təsis etdi

Daha 5 partiya vahid siyasi məhbus siyahısına dəstək verdi

Source:


Daha 5 partiya vahid siyasi məhbus siyahısına dəstək verdi

Avqustun 15-də KXCP qərargahında siyasi qüvvələr vətəndaş cəmiyyətinə təzyiqlərlə və siyasi məhbusların azadlığı ilə bağlı növbəti toplantı keçiriblər.

Bu dəfə toplantıya daha 5 partiya-Yaşıllar, Vətəndaş və İnkişaf, Azad Demokratlar, İslam və və Ədalət partiyaları da qoşulublar.

Xatıladaq ki, avqusutun 11-da keçirilən toplantıda 9 partiya (Klassik Xalq Cəbhəsi, Müsavat, Liberal, Vahid Azərbaycan və Milli Birlik, Ümid, Demokratik İslam, Demokrat, Böyük Azərbaycan partiyaları) 28-ə qədər ictimai qurumun dəstəklədiyi siyasi məhbus siyahısını dəstəkləmişdi.

Partiyalar Birləşmiş Hüquq Müdafiə Mərkəzi təsis ediblər. Mərkəzin Daimi Masa formatında fəaliyyət göstərməsi qərara alınıb.

KXCP sədri Mirmahmud Mirəlioğlu Mərkəzin koordunatoru seçilib.

Mərkəzin məqsədi siyasi partiyalara, vətəndaş cəmiyyətinə oaln təzyiqləri dayandırmaq, bu sahədə situasiyanı müsbətə doğru dəyişməkdir.

Ana səhifəXəbərlərPartiyalar Birləşmiş Hüquq Müdafiə Mərkəzi təsis etdi