Serialın ilk hissəsi 28 il əvvəl yayımlanıb
Danimarkalı rejissor və ssenarist Lars fon Trierdə parkinson xəstəliyi aşkarlandığı bildirilir.
Bu haqda məlumatı Trierin təsis etdiyi beynəlxalq kino istehsalatı şirkəti “Zentropa Films” təsdiqləyib.
Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna aiddir. Xəstəlik mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.
Şirkətdən bildirilib ki, rejissor müalicə almaqla yanaşı, “The Kingdom” serialının üçüncü hissəsinin çəkilişləri ilə məşğuldur.
Serialın ilk hissələri 1994 və 1997-ci illərdə təqdim olunub.
Trier 1965-cı ildə Kopenhagendə doğulub. Qırx ildən artıqdır kino sənətindədir. O, texniki və tərz yenilikləri ilə eksperimentlər edir: ekzistensial, sosial, siyasi mövzuları, psixi sağlamlıq kimi məsələləri öz filmlərində qabardır.
Dünyamiqyaslı festivallarda yüzdən çox mükafat alıb. 350 milyondan çox bilet satıb və son 25 ildə yeddi “Oskar” mükafatına namizəd göstərilib. Beynəlxalq kino istehsalatı şirkəti “Zentropa Films”in təsisçisidir.
O, bütün dünyada kulta çevrilmiş “Breaking the Waves”, “Dancer in the Dark”, “Dogville”, “Manderlay”, “Antichrist”, “Melancholia”, “Nymphomaniac”, “The House that Jack Built” filmlərinin müəllifidir.