ABŞ rəsmiləri tərəfindən qaldırılan cinayət işinin ilk məhkəməsində 3 nəfər həbs edilib
Amerikalı prokurorlar noyabrın 4-də “Panama Papers” sənədlərinin üzə çıxmasından sonra aşkarladıqları, ABŞ-dan onillər ərzində vergi qaçırmış 4 nəfərin ittiham olunduğunu açıqlayıblar.
“Reuters”
yazır
ki, prokurorlar sızıntıların mərkəzində dayanan “Mossack Fonseca & Co” adlı Panamanın hüquq firması ilə bağlı ABŞ rəsmiləri tərəfindən qaldırılan cinayət işinin ilk məhkəməsində artıq 4 nəfərdən üçünün həbs edildiyini açıqlayıb.
Firmanın müştərisi Harald Joaçim von der Qoltz (Harald Joachim von der Goltz) noyabrın 3-də Londonda həbs olunub. Firma ilə yaxından əlaqəsi olan aktivlərin idarə olunması şirkətinin əməkdaşı Dirk Brauer noyabrın 15-də Parisdə həbs olunub. Nəhayət, prokurorların bildirdiyinə görə, ABŞ-da mühasib olan Riçard Qaffey (Richard Gaffey) isə noyabrın 4-də ABŞ-ın Massaçutes ştatında həbs olunub.
Dördüncü şübhəli Ramses Ovens (Ramses Owens) isəprokurorların dediyinə görə, “Mossack Fonseca” firmasınınvəkili olub. Hüquq firması bu ilin əvvəllərində bağlanıb.
Qaffeyin vəkili Bill Lovetə şərh üçün müraciət etmək mümkün olmayıb. Digər üç şübhəlinin vəkillərinin kim olduqlarını da dərhal müəyyənləşdirə bilməyiblər.
Fırıldaqçılıq və çirkli pulların yuyulması kimi ağır ittihamların olduğu cinayət işinə görə ən çox 20 il həbs cəzası müəyyən edilə bilər.
Manhattan Federal Məhkəməsində təqdim edilmiş iddia sənədində prokurorlar 2000 və 2017-ci illər arasında Ovens və Brauerin “Mossack Fonseca” firmasının müştərilərinə Panama, Honq Konq və Britaniyanın Vircin adalarında balıqqulağı şirkətlər qurmaqla varlarını, investisiyalarını və gəlirlərini ABŞ-ın vergi qurumlarımdan gizlətmələrinə kömək etdiklərini açıqlayıb.
“50 yaşlı Ovens Panama və 54 yaşındakı Brauer isə Almaniya vətəndaşıdır”, – Prokurorlar əlavə edib.
İddia ərizəsində yazılana görə, bu müştərilərdən biri 81 yaşlı Almaniya vətəndaşı Von Der Qoltz (Von Der Goltz) olub. Prokurorlar Ovens və Qaffey Von Der Qoltsa balıqqulağı şirkətlər və bank hesabları yaratmaqla vergilərdən boyun qaçırmaçda kömək edib. Von Der Qolts yalan söyləyərək şirkətlərin ABŞ-da vergi ödəməyən, Qvatemala dövləti vətəndaşı yaşlı anasına məxsus olduğunu iddia edib.
Prokurorlar əlavə ediblər ki, 74 yaşındakı ABŞ vətəndaşı olan Qaffey “Mossack Fonseca” firmasının digər adı açıqlanmayan müştərisinə ofşor zonalardakı bank hesablarını ABŞ rəsmilərindən gizlətməsi üçün kömək edib.
“Mossack Fonseca” firması haqqında milyonlarla sənəddən ibarət olan “Panama Papers” 2016-cı ilin aprel ayında mətbuata sızdırılıb.
Almaniya hökuməti ötən həftə çirkli pulların yuyulması ilə bağlı istintaq işinin bir hissəsi kimi “Deutsche Bank AG” və onun idarə heyəti üzvləri üçün reydlər keçirib.