Hindistan rəsmiləri Pakistanın bəyanatına cavab verməyiblər
Pakistan rəsmiləri deyirlər ki, Hindistanla mübahisəli Kəşmir bölgəsində hərbi əməliyyatlar zamanı üç əsgər öldürülüb,- Azadlıq Radiosu xəbər verir.
Pakistan ordusu aprelin 2-də bəyanat verərək deyib ki, daha bir neçə əsgəri gecə hücumu zamanı yaralanıb.
Bəyanatda deyilir ki, Pakistan ordusu Hindistanın onun Kəşmir bölgəsindəki mövqelərinə hücumu zamanı "effektiv cavab verib".
Hindistan rəsmiləri Pakistanın bəyanatına cavab verməyiblər.
Pakistanın ölən və yaralananlarla bağlı açıqlaması iki nüvə dövləti arasında fevralda Kəşmirdə 40 hind əsgərinin ölümü ilə nəticələnən silahlı münaqişədən bir neçə həftə sonraya təsadüf edir. Münaqişə Hindistanın Pakistanın hava ərazilərinə müdaxiləsinə səbəb olmuşdu. Hindistan məqsədinin Pakistan ərazisində məskunlaşan militanları hədəf almaq olduğunu bildirmişdi.
Ardından Pakistanda iki hind jetini vurmuşdu. Bu hadisə bir neçə Pakistan əsgərinin yaralanmasına və sərhəddə yerləşən ərazilərdən əhalinin köçürülməsinə səbəb olmuşdu, – Pakistan ordusu bəyanatında qeyd edir.
Həm Pakistan, həm də Hindistan Kəşmiri idarə edir. Hər iki nüvə dövləti bölgənin bütövlüyünə iddialıdır.
1947-ci ildə İngiltərədən müstəqillik qazandıqdan sonra iki qonşu ölkə arasındakı əlaqələr dəyişkən xarakter alıb.
Rəqiblər indiyə qədər üç müharibə aparıblar. Onlardan ikisi Kəşmir bölgəsi üzərində baş verib. Hər iki tərəf hələ də müntəzəm olaraq atəşkəsi pozurlar.