Pakistan Hindistanın Kəşmirdə 2 mülki vətəndaşı öldürdüyünü deyir

Kəşmir nüvə silahlı qonşular arasında bölünüb və hər iki tərəf əraziyə iddia edir.

Source: google.az


Daha bir nəfərin yaralandığı bildirilir

Pakistan hökuməti deyir ki, Hindistan əsgərləri mübahisəli Kəşmir bölgəsində nəzarət xəttini atəşə tutub və nəticədə iki mülki vətəndaş öldürülüb, bir nəfər yaralanıb, – Azadlıq Radiosu Məşəl xəbər verir.

Pakistan və Hindistan Himalay bölgəsində tez-tez bir-birilərinə atəş açırlar, lakin tərəflər arasındakı gərginlik 5 avqustdan etibarən başlayıb. Həmin gün Yeni Delhi Hindistanın idarə etdiyi Kəşmirin xüsusi statusunu ləğv edib və bu ərazidə internet, telefon xidmətlərini kəsib. Hazırda ərazidə insanların hərəkəti məhdudlaşdırılıb.

Kəşmir nüvə silahlı qonşular arasında bölünüb və hər iki tərəf əraziyə iddia edir.

Pakistan Xarici İşlər Nazirliyi 19 avqust tarixli bəyannaməsində deyib ki, mülki itkilər bir gün əvvəl Hindistanın İsti Bahar və Çirikot sərhəd kəndlərində “atəşkəs pozulması” səbəbiylə baş verib.

Nazirlik deyib ki, Pakistan Hindistan səfirini nazirliyə çağırıb və “bölgədəki sülhə təhdid olan” atəşkəsin pozulmasına rəsmi etirazını bildirib.

Pakistan və Hindistan 1947-ci ildə İngiltərədən müstəqillik qazandıqdan sonra Kəşmir üzərində üç müharibə aparıb.

Hindistan deyib ki, hökumət tədricən telefon xətlərini bərpa edir və kilidlənməni aradan qaldırmağa çalışır.

Ana səhifəDünyaPakistan Hindistanın Kəşmirdə 2 mülki vətəndaşı öldürdüyünü deyir