Hindistana məxsus pilotun Pakistanda olduğu bildirilir
Pakistan Hindistanın Hərbi Hava Qüvvəsinə aid iki təyyarəni (jet) vurub və Hindistanın iki pilotunu gərginləşməkdə olan Kəşmir münaqişəsilə bağlı ələ keçirib, – BBC xəbər verir.
Hindistan MiG21 döyüşçüsünün itməsini təsdiqləyib və bildirib ki, hazırda pilotdan xəbər yoxdur.
Hind xarici işlər nazirinin mətbuat katibi, " Bu münaqişədə təəssüf ki, bir MiG21 təyyarəmizi itirdik. Pilotumuz itkin düşüb və Pakistan pilotun onların əllərində olduğunu deyir. Bilgiləri dəyərləndiririk," – deyib.
Pakistanın Baş naziri İmran Xan (Khan) "məsuliyyətli" yanaşmaya çağırış edib:
"Onların da silahı var, bizim də. Biz səhv edə bilərikmi?"
Həm Hindistan, həm də Pakistan bütün Kəşmirə iddia edir, ancaq ərazinin yalnız bir hissəsinə nəzarət olunur.
1947-ci ildə İngiltərədən müstəqillik qazandıqdan sonra nüvə güclü bu iki dövlət Kəşmir mübahisəsi ilə əlaqəli üç müharibə aparıblar.
Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi Asif Qafur “Twitter” hesabında yazıb:
"Nəzarət xəttini keçən Hindistanın 2 müharibə təyyarəsi Pakistan Hava Qüvvələri tərəfindən Pakistan hava sahəsində düşürülmüşdür. Təyyarələrdən biri Kəşmir bölgəsində, digəri isə Hindistan nəzarətindəki Kəşmir bölgəsinə düşmüşdür. Bir hind pilotu nəzarətə alınıb".
Pakistan çərşənbə günü səhərə yaxın Hindistanın nəzarətindəki Kəşmir istiqamətində hava əməliyyatı həyata keçirdiyini təsdiqləyib. Ancaq bu əməliyyatların hava sahəsinə müdaxilə etmədən həyata keçirildiyi qeyd olunub.
Hindistan mətbuatında çıxan xəbərlərdə isə Pakistanın 3 müharibə təyyarəsinin onların hava sahəsinə müdaxilə etdiyi iddia olunur.
Qafur Hindistanla müharibə istəmədiklərini ifadə edib və Hindistan təyyarələrinin hava sahəsinə müdaxiləsi ilə bağlı başqa çarələrinin qalmadığı üçün qarşılıq verdiklərini söyləyib.
Pakistan müharibə təyyarələrinin Hindistan torpaqlarındakı altı hədəfə yönəlik hərəkət etdiyini deyən mətbuat katibi hər şeyə rəğmən silahların atəş açmadığını qeyd edib.
Pakistan ordu sözcüsü "Məqsəd Hindistana hərbi tutumumuzu göstərmək idi,"- deyib.
Pakistan Xarici İşlər Nazirliyi açıqlamasında "Pakistan hava qüvvələri Pakistan hava sahəsi içərisində qalaraq nəzarət xətti üzərində əməliyyatlar icra edib," – deyib.
Hindistandan gələn açıqlamada isə bir təyyarənin Saynaqar (Seinagar) bölgəsində düşdüyü təsdiqlənsə də, təyyarənin Pakistan jetlərinin açdığı atəş nəticəsində düşdüyü iddiası sübut olunmur.
“Reuters” xəbər verir ki, düşən təyyarədə iki pilotdan başqa bir sivil vətəndaş da həyatını itirib.
Gərginlik fevralın 14-də Kəşmirin Hindistanın nəzarətindəki ərazisinə bomba yüklü maşının intihar hücumu düzənləməsilə başlayıb. Hücumda ən az 40 nəfər həyatını itirib. Hücumu Kəşmirin Pakistana bağlanması üçün mübarizə aparan cihadçı Ceyşi Məhəmməd öz üzərinə götürmüşdü. 15 fevralda isə Hindistan hökuməti Pakistanı bu cihadçı qrupları dəstəkləməkdə günahlandırdı. Hindistan Baş naziri "Çox ağır cavab alacaqlar,"-demişdi. Fevralın 26-da Hindistanın hava qüvvələrinin Pakistana aid Balakot bölgəsinə hava əməliyyatı düzənləməsi münasibətləri dövlətlər səviyyəsində gərginləşdirməyə başladı.
1971-ci ildən bu yana iki ölkə ilk dəfə bir-birilərinin hava sahələrinə müdaxilə edirlər. Fevralın 26-da Hİndistanın açdığı atəşlə 4 sivil həyatını itirib, 10 nəfər yaralanıb. Bölgədə yaşayanların evlərini tərk etməsi üçün çağırışlar edilib.