Pakistan gərginliyi azaltmaq üçün hind pilotunu azad edəcəyini söyləyib

Pilot martın 1-də sülh jesti olaraq azad ediləcək

Source: google.az

Pilot martın 1-də sülh jesti olaraq azad ediləcək

Pakistanın Baş naziri İmran Xan deyir ki, İslamabad 27 fevralda hərbi qüvvələr tərəfindən Kəşmir bölgəsində vurulan Hindistan müharibə təyyarəsinın əsir düşmüş pilotunu azad edəcək.

Xan fevralın 28-də Pakistan parlamentində çıxışı zamanı deyib ki, əsir hind pilotu martın 1-də sülh jesti olaraq azad ediləcək.

Həm Pakistan, həm də Hindistan iddia edir ki, onlar bir- birilərinin təyyarələrini Himalay regionunu Hindistan və Pakistan hakimiyyəti arasında bölərək de-fakto sərhəd rolunu oynayan Kəşmirin Nəzarət Xətti yaxınlığında vurublar.

Hindistanın Baş naziri Narendra Modi bildirib ki, Hindistanın vətəndaşları "qaya kimi, dəmir kimi durmalı" və "düşmən Hindistanı desabitləşdirməyə çalışdığı üçün" birləşməlidirlər.

Modi, "bütün ölkə bu gün birdir və bizim əsgərlərimizin yanında dayanır,"-deyib:

"Dünya bizim kollektiv iradəmizə baxır və biz gücümüzə güvənirik. Hindistan bir olaraq yaşayacaq. Hindistan bir iş görəcək, Hindistan bir böyüyəcək. Hindistan bir olaraq savaşa gedəcək. Hindistan bir qalib gələcək".

Pakistan və Hindistan liderlərinin sözləri ABŞ prezidenti Donald Trampın Vaşinqtonun böhranı aradan qaldırmaq üçün vasitəçilik etdiyini dedikdən sonraya təsadüf edib.

Birləşmiş Millətlər Təşkilatı və dünya ölkələri – ABŞ, Çin, Rusiya və Avropa Birliyi daxil olmaqla – İslamabad ilə Delhi arasında artan gərginliyin nəzarətdən çıxa biləcəyi ehtimalına narahatlıqlarını ifadə ediblər.

Gərginliyin yumşaldılmasının başqa bir əlaməti olaraq Pakistanın Xarici İşlər Nazirliyi Hindistan Kəşmirdə təhlükəsizlik qüvvələrinə qarşı, böhrana səbəb olan 14 fevral hücumunun kəşfiyyatı haqqında məlumat verib.

Xarici İşlər Nazirliyinin sözcüsü Məhəmməd Feysal deyib ki, Pakistan fevralın 28-də İslamabadın diplomatik kanallar vasitəsilə aldıqları bombalanma "dosyesini" araşdıracaq.

Faysal Delhinin paylaşdığı məlumatlar haqqında bilgi verməyib.

Pakistan ordusu ona aid hava qüvvələrinin Pakistan hava sahəsində Hindistanın iki hərbi təyyarəsini vurduğunu və Pakistan tərəfindən idarə olunan Kəşmir ərazisində bir hind pilotun ələ keçirildiyini söyləmişdi.

Hindistan MiG-21 təyyarəsinin itdiyini və pilotunun ələ keçirilməsini təsdiqləyib. Hindistan da Pakistana aid bir təyyarəni vurduğunu söyləmişdi.

İslamabad hər hansı bir təyyarənin vurulduğunu inkar edib.

Hava sahəsi qarşıdurması fevralın 26-da Hindistanın Pakistanın şimal şərqində yerləşən militant əraziləri bombalamasından bir gün sonra baş verib. Hindistan bu addımı onun nəzarəti altında olan Kəşmir ərazisində 41 hind əsgərinin ölümü ilə nəticələnən terror hücumundan sonra atıb.

Pakistanda fəaliyyət göstərən Ceyş-e Məhəmməd (Cehm) adlı qrup 14 fevral hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Hindistan Pakistanı hücumda "birbaşa əli" olmaqda və militanları ərazi ilə təmin etməkdə günahlandırır. İslamabad bu ittihamı rədd edir.

Hindistanın Pakistan ərazisindəki 26 fevral hava hücumları Hindistanın 1971-ci ildəki Hind-Pakistan müharibəsindən bəri ilk dəfədir baş verir.

Avropa Birliyi xarici siyasət başçısı Federika Moqerini (Federica Mogherini) fevralın 27-də verdiyi açıqlamada deyib:

“Şiddətin artması iki ölkə və daha geniş bölgə üçün ciddi və təhlükəli nəticələrə gətirib çıxarmaq potensialına sahibdir”.

Pakistanın yaxın müttəfiqi olan Çin İslamabad və Delhinin "vəziyyətin genişlənməsinin qarşısını almaq üçün öz öhdəliklərini ciddi şəkildə yerinə yetirəcəyinə ümid etdiyini" bildirib.

Rusiya da tərəflər arasında vasitəçi kimi çıxış etməyi təklif edib.

Ana səhifəDünyaPakistan gərginliyi azaltmaq üçün hind pilotunu azad edəcəyini söyləyib