”Özünüməşğulluq proqramı üzrə əhaliyə xəstə heyvanlar verilir”

Qubad İbadoğlu: ”Ünvanlı yardıma şərik olanlar, indi də bu proqramdan qazanmağa başlayıblar”

Source:
Qubad İbadoğlu
Qubad İbadoğlu


Qubad İbadoğlu: ”Ünvanlı yardıma şərik olanlar, indi də bu proqramdan qazanmağa başlayıblar”

“Özünüməşğulluq proqramının iştirakçılarına yaşlı, dişləri tökülmüş, qısır və qotur heyvanlar verilir. Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar”.

Bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlardan gedir.

“Nazirliyin proqramının icrası çərçivəsində layihə qalibi olan vətəndaşlara ailəsini maddi baxımdan təmin edəcək təsərrüfata sahib olmaq üçün verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olması bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricidir”.

Q.İbadoğlu qeyd edib ki, sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər”.

Son zamanlar sosial şəbəkələrdə Şəkidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanların fotoları yayılıb. Fotolardakı inəklər arıq və baxımsız durumdadır.


“Musavat.com”

yazır ki, 2018-ci il üçün özünüməşğulluq proqramı çərçivəsində respublika üzrə 7 min, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə ediblər, başqa sözlə, imtahan veriblər. Şəkidə təlimlərə cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində olub. Ancaq verilən heyvanlar nəinki gəlir gətirəcək vəziyyətdədir, hətta insanları ziyana salar. Vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib.

Məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hələlik, münasibət öyrənmək mümkün olmayıb. Daha öncəki müxtəlif bölgələrdən edilən şikayətlər zamanı isə nazirlik vətəndaşların verilən heyvanlardan razı olması ilə bağlı açıqlama yaymışdı.

Ana səhifəXəbərlər”Özünüməşğulluq proqramı üzrə əhaliyə xəstə heyvanlar verilir”