Oyaq Həyat – Proqres Hekayələri

Bu həyatda iki cür əzab çəkənlər var: Həyatın çatışmamazlığından əzab çəkənlər və həyatın artıqlığından əzab çəkənlər. Mən özümü həmişə ikinci kateqoriyaya aid etmişəm. Adam fikirləşəndə görür ki…

Source:

Bu həyatda iki cür əzab çəkənlər var: Həyatın çatışmamazlığından əzab çəkənlər və həyatın artıqlığından əzab çəkənlər. Mən özümü həmişə ikinci kateqoriyaya aid etmişəm. Adam fikirləşəndə görür ki əslində insan həyatı və davranışları, heyvan davranışlarından əsaslı şəkildə fərqlənmir.

Ən proqressiv texnologiya və sənətkarlıq bizi ən yaxşı halda super-şimpanze səviyyəsinə gətirib çıxardıb. Məsələn deyək, Plato və Nitşe ilə orta səviyyəli insan arasındakı uçurum, insanla şimpanze arasındakı uçurumdan daha böyükdür. Əsl ruh, həqiqi sənətkar, müqəddəs, filosof, bunlara çox nadirən nail olmaq olur.

Bəs niyə bu qədər az ? Nəyə görə dünya tarixi və təkamül, proqres hekayələrindən yox, faydasız şəkildə sıfırlar əlavə etməkdən ibarətdir ? Ortada heç bir böyük dəyərlər yoxdur. Yunanlar 3.000 il əvvəl elə bizim qədər proqressiv idilər. İnsanların öz potensiallarına yaxın bir yerə çatmasına mane olan nədir ? Bunun cavabını başqa bir sualda tapmaq olar, o sual da budur : Bunlardan hansı ən universal insan dəyəridir – qorxu yoxsa tənbəllik ?

Mənbə: Oyaq Həyat (Waking Life) filmindən səhnə

Ana səhifəXəbərlərOyaq Həyat – Proqres Hekayələri