Ötən ay ərzaq məhsulları yenə bahalaşıb

Bahalaşma, Denys Kurbatov/Shutterstock

Bahalaşma ötən ilin eyni ayına nisbətən 100,8 faizdir

Fevralda Azərbaycanda yenə bəzi ərzaq məhsullarının qiymətində bahalaşma qeydə alınıb.
Qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət artımı 99.7 faiz olub.

Qiyməti bahalaşmış ərzaqlar içində düyü, qoyun əti, balıq, kəsmik, kərə və zeytun yağı, narıngi, banan, alma, armud, heyva, nar, kələm, xiyar, pomidor, balqabaq, çuğundur, sarımsaq, soğan, şəkər və araq da var.

Bahalaşma ötən ilin eyni ayına nisbətən 100,8 faizdir.

Dövlət Statistika Komitəsi bildirir ki, qeyri-qida məhsulları üzrə qiymət artımı isə 101,4 faiz olub. Eyni zamanda, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə bahalaşma isə 102,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Qiyməti enən ərzaq məhsulları da var. DSK bildirir ki, həmin məhsullar: qarabaşaq yarması, yumurta, marqarin, günəbaxan və qarğıdalı yağları, portağal, yerköküdür.

Son zamanlar az qala hər ay artan qiymətlər əhalinin ərzaq məhsullarına xərclədikləri vəsaitin artmasında da özünü göstərib.

Məsələn, 2023-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının payına düşüb.

Ana səhifəİqtisadiyyatÖtən ay ərzaq məhsulları yenə bahalaşıb