Orbanın 16 illik hakimiyyətinə son qoyan Peter Magyar kimdir?

Macarıstan 16 illik avtoritar idarəçiliyin sona çatmasını bayram edir. Peter Magyar (Péter Magyar) “meteorik sürətdə” bir müxalif hərəkat yaratmaqla Orbanın 16 illik hakimiyyətinə son qoydu.

“Trampın müttəfiqi Viktor Orban tarixi məğlubiyyəti qəbul etdi”.

CNN Macarıstan seçkiləri nəticələrini bu başlıqda təqdim edib. Magyarın mərkəz-sağ Tisza partiyası parlamentdə yerlərin demək olar üçdə ikisini ələ keçirdi. Orban, həmçinin, deyirdi ki, “Macarıstan çətin zamanlarında” həmişə Prezident Əliyevə arxalana bilib; o, Əliyevi “köhnə dost” da adlandırırdı. İdarəetmə formasının da bənzər olduğu Əliyevin dostunun məğlubiyyəti Avropada da rahatlama yaratdı.

Bəs, 16 illik hakimiyyəti ərzində Macarıstanı Avropada Bolqarıstanla birlikdə ən korrupsiyalaşmış 2 dövlətdən birinə çevirən Orbanı məğlub edən kimdir? Peter Magyarın qələbəsi Macarıstan və dünya üçün nələr vəd edir?

Ana səhifəXəbərlərOrbanın 16 illik hakimiyyətinə son qoyan Peter Magyar kimdir?