Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika müşahidə olunur

Onun sözlərinə görə, son günlər Oqtay bəy daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalır, temperatur normaya düşüb.

Foto: Meydan TV


Füruzə Gülalıyeva: “Daha yaxşı nəfəs almağa başlayıb”

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika müşahidə olunur.

Bu açıqlamanı Oqtay Gülalıyevin həyat yoldaşı Füruzə Gülalıyeva verib.

Onun sözlərinə görə, son günlər Oqtay bəy daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalır, temperatur normaya düşüb.

“Turan” İnformasiya Agentliyinin bununla bağlı yazısında qeyd olunur ki, hələ də komada olan Oqtay Gülalıyevin müalicəsində müsbət dinamika fəalın bu durumdan çıxacağına ümid yaradır.

Oqtay Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb. Bir neçə saat sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda o, neyrocərrahi əməliyyat edilib.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türk mütəxəssislər Gülalıyevi Türkiyəyə aparmağı tövsiyə ediblər. Hazırda Oqtay Gülalıyevin müalicəsi Türkiyənin “Amerika xəstəxanası”nda davam etdirilir.

Müalicə ilə bağlı xərcləri

Heydər Əliyev Fondu

öz üzərinə götürüb.

Ana səhifəSiyasətOqtay Gülalıyevin vəziyyətində müsbət dinamika müşahidə olunur